Tələb və təklif (ərəb. طلب و تکلیف, ing. Demand and supply, rus. Спрос и предложение) —iqtisadiyyatda ən əsas anlayışlardan biridir. Bu model tələb və təklifin qiymətə necə dəyişildiyini və bazarda müvazinətin əmələ gəlməsini göstərir. Mikroiqtisadiyyatda əsasən bir müəyyən məhsul bazarı araşdırılır, makroiqtisadiyyatda isə bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınır.
Mikroiqtisadiyyatda çox istifadə olunan tələb və təklif modelidir. Tələb və təklif bir birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir. Burada tək azalan tələb qiymətin düşməsinə səbəb olur.
Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Tələb əyrisi – əmtənin qiyməti ilə ona olan tələbin həcmi arasındakı əlaqəni əks etdirən əyridir. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda (ceteris paribus), qiymətin artımı tələbin düşməsinə səbəb olur.
Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Doğrudan da, yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər.
Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər. Məsələn, qiymətin düşməsi istehlakçı üçün sərvətin alıcılıq qabiliyyətinin artımına bərabərdir. Bu sərvət effektidir. Əvəz etmə effekti isə bildirir ki, istehlakçı alternativlərindən daha ucuz məhsula keçəcək. Misal üçün bir birini əvəz edə bilən alma və portağal şirələri. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələb artacaq. Mikroiqtisadi təhlildə sərvət və əvəz etmə effektləri riyazi şəkildə Slutski düsturu ilə ifadə olunur.
Tələbə təsir edən qiymət və qeyri-qiymət amilləri vardır. Qiymət amilinin təsiri tələb əyrisi üzərində hərəkətə səbəb olur. Qiymət yüksəldikcə tələb miqdarı azalır, qiymət aşağı düşdükcə tələb miqdarı artır. Qeyri-qiymət amilləri isə tələb əyrisinin artımına ( tələb əyrisinin sağa sürüşməsinə) və azalmasına (tələb əyrisinin sola sürüşməsinə) səbəb olur. Bunlar aşağıdakılardır:
Təklif istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklif əyrisi – qiymət ilə təklifin həcmi(miqdarı) arasındakı münasibəti göstərən əyridir. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda (ceteris paribus), qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir.
Təlklifə təsir edən qiymət və qeyri-qiymət amilləri vardır. Qiymət amilinin təsiri təklif əyrisi üzərində hərəkətə səbəb olur. Qiymət yüksəldikcə təklif miqdarı artır, qiymət aşağı düşdükcə təklif miqdarı azalır. Qeyri-qiymət amilləri isə təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb olur. Bunlar aşağıdakılardır:
Tələb və təklif modeli qiymətin əmələ gəlməsini izah edir. Tələb və təklif əyrilərinin kəsişmə nöqtəsi müvazinət kimi adlanır və bu nöqtəyə aid olan qiymətə bazarın müvazinət qiyməti deyilir. Habelə bu nöqtəyə aid tələb və təklif miqdarlarına müvazinət miqdarları deyilir. Onlar da bir birinə bərabərdir. Bazarda tələb və təklifin rəqabət güclərinin qarşılıqlı əlaqəsi ilə alqı-satqı qərarlarını birləşdirməyə qabiliyyəti qiymətlərin müvazinət funksiyası adlanır.