Şəkərdən imtina bu xəstəlik riskini AZALDIR - ARAŞDIRMA

24 Aug, 2024 09:52


Elm adamları şəkərlə bağlı yeni araşdırma aparıb.

Sfera.az bildirir ki, tədqiqatın iştirakçılarına 9 gün ərzində əlavə şəkər istehlakı qadağan edilib. Bununla bağlı kardioloq Herman Gendelman danışıb.

O qeyd edib ki, şəkərdən imtina qan təzyiqini aşağı salmağa kömək edə bilər.

“Qeyd etdiyimiz araşdırmanın nəticələrinə əsasən, şəkərdən imtina edən insanların qan təzyiqi normallaşıb. Eyni zamanda, altı aydan sonra iştirakçılar orta hesabla yeddi kiloqram arıqlayıb, belləri altı santimetr incəlib”.

Gendelman belə dəyişikliklərin heç də həmişə dərmanların köməyi ilə əldə olunmadığını vurğulayıb:

“Həmçinin şəkərdən imtina ürək-damar xəstəlikləri riskini 17% azaldır”.

Mütəxəssis şəkərli diabetin qarşısını almaq üçün pəhrizə arpa toxumunun daxil edilməsini də tövsiyə edib.