27 Sentyabr Azərbaycan tarixinin şanlı bir səhifəsinin başlanğıcıdır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində, həmçinin şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına Azərbaycan xalqı özünü dünyaya əzmkar bir xalq kimi sübut etdi.
Məhz bu gün Azərbaycan xalqı 30 illik işgala son qoydu.
Gündəmtv.az xəbər verir ki, Azərbaycan Respublikasının hər bir müəssisə və təşkilatında qeyd olunan bu gün, Qayalı Marketlər Şəbəkəsində də silsilə tədbirlər şəklində qeyd olundu. İlk öncə Gold Qayalı Marketdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra vətən müharibəsində həlak olanların xatirəsi yad olundu və tədbir Şəhidlər Xiyabanına ziyarətlə davam etdirildi.