Şamaxı rayonunda fəaliyyət göstərən Şamaxı Qayalı market bir yaşını qeyd edir. Bu münasibətlə marketdə endirim və hədiyyələr kampaniyası müştərilərə təqdim olundu. Sahibkarlığa olan diqqət və qayğını, dövlət dəstəyini Qayalı marketlər şəbəkəsinin timsalında görmək mümkündür. Belə ki, həmin diqqət və qayğının nəticəsidir ki ,digər sahələr kimi özəl sektorda günbəgün inkişaf edir. Qayalı marketlər şəbəkəsi hər il regionlarda yeni filiallarını açmaqda davam edir. Danılmaz faktdır ki, özəl sektorun inkişafı isə yeni iş yerlərinin açılması deməkdir.
Şamaxı rayonunda fəaliyyət göstərdiyi bir il ərzində, Qayalı market digər əlamətdar günlərdə olduğu kimi bu gündə müştərilərini sevindirdi.
Şamaxı Qayalı marketin bir yaşı münasibətilə endirimli məhsullar, kampaniyalar, bağlamalar, xüsusi endirimlər müştərilərə təqdim olundu. Bununla yanaşı, Şamaxı və ətraf rayonlarda yaşayan şəhid ailələri Şamaxı Qayalı marketin bir yaşı münasibətilə keçirilən tədbirə dəvət olundu və onlara xüsusi diqqət və qayğı göstərildi. Həmçinin şəhid ailələri üçün hazırlanmış sovqatlar və hədiyyələr onlara təqdim olundu.
Şəhid ailələri isə öz növbəsində hər zaman onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər.