Qiymətlərlə ayaqlaşmaq üçün maaşlar nə qədər olmalıdır? – SORĞU

30 Jul, 2024 14:49


“Amerikansayağı Bakı” səhifəsi sosial şəbəkə istifadəçiləri arasında maaşla bağlı sorğu keçirib.

Gündəmtv.Az xəbər verir ki, respondentlərin əksəriyyəti Azərbaycanın bir sıra rayonlarında normal yaşayış üçün aylıq 1000-1500 manatın tələb olunduğunu bildiriblər.

Sosial şəbəkə istifadəçilərinin fikrincə, paytaxt Bakıda yaşayan subay şəxslər 1500-2000 manat, evlilər isə 2500-3000 manat maaş alsa, bu, dolanışıq üçün kifayət edər.

Bununla belə, sosial şəbəkə istifadəçiləri bu rəqəmin uşaq sayından asılı olaraq fərqli ola biləcəyini düşünür. Qeyd olunur ki, ailədə uşaq sayı 2 və daha çox olarsa, aylıq gəlir 3-4-5 min manat aralığında olmalıdır.