“Qayalı” marketlər şəbəkəsi “Zəfər Günü”nü belə qeyd etdi

08 Nov, 2023 16:00

Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur. Ölkə başçısının 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin imzaladığı sərəncamla təsis edilən Zəfər Günü münasibəti ilə tədbirlər təşkil edilir, Respublikanın bütün bölgələrində əsl bayram abu-havası yaşanır.

Gündəmtv.az xəbər verir ki, şanlı qələbənin şərəfinə elan edilən Zəfər Günü münasibəti ilə “Qayalı” marketlər şəbəkəsi tədbir keçirib. Marketlər şəbəkəsinin Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” ticarət mərkəzində təşkil olunub . Şəhid plakatlarının əks olunduğu, əməkdaşlarının hərbi forma geyindiyi, Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı ticarət mərkəzində alış-veriş edən insanlar şanlı Zəfər əhval-ruhiyyəsini hiss ediblər.  

“Qayalı” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri İlkin Şirinov başda Ali baş Komandan İlham Əliyev olmaqla bu şanlı Zəfəri bizə yaşadan qazilərimizə və müharibə veteranlarımıza öz təşəkkürünü bildirib. Şəhidlərimizə isə Allahdan rəhmət diləyib. Təmsil etdiyi marketlər şəbəkəsinin bütün əlamətdar günlərdə yaxından iştirak etdiyini və töhfə verdiyini açıqlayıb.

Məlumat üçün bildirək ki, “Qayalı” marketlər şəbəkəsinin digər bölgələrdə yerləşən mağazalarında, o cümlədən Şamaxı Xaçmaz Xudat Şabran şəhərində fəaliyyət göstərən ticarət mərkəzində də Zəfər Günü böyük coşğu ilə qeyd olunub. Belə ki, 55 şəhid ailəsinə bayram hədiyyəsi çatdırılıb və onların ruhuna ehsan sufrəsi təşkil edilib. Onu da qeyd edək ki, “Qayalı” marketlər şəbəkəsinin əməkdaşları arasında da Vətən müharibəsi iştirakçıları kifayət qədərdir.