Makaronun qəribə tarixçəsi

15 Dec, 2022 00:00

Əgər bu bloqa keçid etmisinizsə, deməli, siz əsl makaronsevərsiniz və onun tarixi sizi həqiqətən maraqlandırır.

Bəs makaronun yaranması hansı xalqın adı ilə bağlıdır?

Makaronun tarixi etrusklara, çinlilərə, yunanlılara, romalılara və ərəblərə qədər uzanır. Bir çox yemək tarixi mütəxəssislərinə görə, makaronun tamamilə hansı millətə aid olduğu mübahisəyə açıq bir mövzudur. Bunun səbəbi isə buğdanın quruluşuna görə yetişdiyi coğrafiyadır.

14-cü yüzilliyə damğa vuran və ilk modern yemək kitabının yazarı olan Maestro Martinoya görə makaron ancaq sərt buğda “Triticum Turgidum”un İtaliyada tanınmasından sonra hazırlana bildi. Çünki, sərt buğdanın yüksək səviyyədə qlüten ehtiva etməsi və çox aşağı nəm səviyyəsi səbəbilə qurutma əsnasında makaronda qırılma və ya gərilmə meydana gəlmir, bişərkən də şəkli pozulmurdu. Bu renessans dünyası üçün qırılma nöqtəsi kimi idi. Qurudulmuş makaronun rəf ömrü uzun olduğundan qıtlıq dönəmləri depolanabilmə özəlliyindən istifadə edildi və uzun gəmi səyahətlərinin edilməsini asanlaşdırdı və ediləcək olan kəşflərin başlamasına təşviq etdi.

Makaroni”ni İtaliyaya Marko Polo gətirib?

 15-ci yüzillikdə Marko Polonun Çinə səyahətindən sonra İtaliyaya qayıdanda spaqetti və hazırlanışı ilə bağlı bilgi gətirdiyi bəzi mənbələrdə yer almaqdadır. Lakin başqa mənbələrdə qeyd edilir ki, o yalnız nişastalı undan hazırlanan bir qidadan bəhs edib amma qurudulmuş  makarondan söz açmayıb. Bu vəziyyət makaronun kəşfinin çinlilərə aid olduğu mifini ortadan qaldırır. Kliford Rayt tərəfindən ortaya atılan bir teoriya isə makaronun kəşfinin ərəblərə aid olduğudur. Bu teoriyaya görə, köçəri ərəblər yayılma savaşları ərəfəsində asan daşına bilən, bəsləyici və doyurucu bir qidaya ehtiyac duyduqları üçün makaronu icad ediblər. Hər nə qədər 9-cu yüzillikdə ərəblər yayılma savaşları ərəfəsində yanlarında gətirdiklərini bu coğrafiyaya tanıtsalar da, həm təzə olarkən həm də quru halda bişirilən makaron növü xəmir işlərinin (əriştə, lazanya və s) Yunan və Roma dönəmində çox məşhur olduğu bilinməkdədir. Hər  nə olur olsun dəyişməyən tək gerçək qurudulmuş xəmir işlərini inkişaf etdirənlərin ərəblər olduğudur.

Aristokratlar üçün qarnir

17-ci yüzilliyə gəlindiyində makaronun İtalyan mətbəxinin başlıca ünsürlərindən birinin olmasına yol açan səbəblərdən biri isə tacirlər kimi az saydakı orta sinifin artıq qurudulmuş makaronu satın alacaq 

olması idi. Bu dövrdə makaron aristokratlar üçün qarnir sayılarkən, xalq üçün ana yemək olaraq qəbul görmüşdü.

Artıq tələblər olduğuna görə makaron satan yerlər də fəaliyyət göstərirdi. Bu makaron istehsalçılarına “lazanyari” deyilirdi.

Gün keçdikcə sayları artan makaron istehsalçıları birliklər qurmağa başladılar. Bu birliklərin olduğu şəhərlərdə makaron qiymətləri təyin olunur, dolandırıcılıq və haqsız rəqabətin qarşısını almaq məqsədilə dövlət tərəfindən bəyannamələr bildirilirdi. Makaron satış və istehsal qanunlarının pozanlar hakimlər tərəfindən cəzalandırıla bilirdi.

Keçmişdən günümüzə makaronu ilk istehsal edən toplumun kimlər olduğunu tapmaq üçün çeşidli araşdırmalar edilsə də hələ də bir nəticəyə gəlinməyib. Bu gün Romada mövcud olan Makaron Muzeyində olan sənədlər də makaronun haradan gəldiyi haqqında tam olaraq yetərli bilgi verə bilməməkdədir.

İlk makaron maşını

20-ci yüzilliyə qədər makaron İtaliya başda olmaqla ərəb yarmadası və Çində istehsal edilməyə və tükədilməyə davam etdi.  İnkişaf edən teknologiya ilə birlikdə makaron istehsalı daha az maliyəli və daha keyfiyyətli olmağa başladı. Əvvəllər xəmirin sərt olması səbəbilə ayaqlarla qarışdırılan makaron xəmiri 17-ci yüzillikdən etibarən maşınlarla yoğrulmağa başladı. Napoli Kralı II Ferdinandonun bu iş üçün bir mühəndisə təlimat verdiyi və Ceseyr Spadacini adlı mühəndisin ilk makaron maşınını icad etdiyi tarixi qeydlərdə yer almaqdadır.

20-ci yüzillikdə makaron istehsalını teknoloji olaraq inkişaf etdirən və ən yaxşı keyfiyyətdə makaron istehsal edən İtalyanlar makaron ixracatına başladı. 1913-cü ildə 70 min tondan çox makaron ixrac edən İtaliya o dönəmin ən böyük ixracat rəqəmlərindən birinə imza atmışdır.  Nəhayət, günümüzdəki makaronların istehsalını gerçəkləşdirən sürətli və tam avtomatik makaron maşını 1933-cü ildə Mario və Cuzeppe Baibanti adlı iki mühəndis tərəfindən icad edilmişdir.