Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi Vladimir Çulanov soyuqdəymə və qripdən necə qorunmağın yollarını açıqlayıb.
"Gündəmtv.az" aif.ru-ya istinadla xəbər verir ki, mütəxəssis tənəffüs orqanlarının xəstəliklərinə yoluxma hallarının yayın sonu və payızın əvvəlində, insanların məzuniyyətdən qayıtmağa başladığı və dərs ilinin başlandığı vaxtlarda müşahidə olunduğunu açıqlayıb.
Onun sözlərinə görə, ilk növbədə, gigiyena qaydalarına riayət edilməlidir: "Əllərinizi mütəmadi olaraq sabunla yuyun və ya spirt əsaslı dəri antiseptiklərindən istifadə edin. Həmçinin çirkli əllərlə üzünüzə toxunmayın. Bundan əlavə, kifayət qədər yuxu almaq, balanslı qidalanma, idman məşğul olmaq və stresslə mübarizə soyuqdəymə və qripin qarşısını ala bilər. Bütün bu amillər insanın immun sisteminə təsir edir və onu tənəffüs yoluxucu infeksiyalara daha az həssas edir".
İnfeksionist izdihamlı yerlərdən uzaq durmağa və xəstəlik əlamətləri olan şəxslərlə təmasda olmamağa çağırıb. O, həmçinin otaqların mütəmadi olaraq havalandırılmasının və təmizliyin vacibliyini qeyd edib.