"Dondurmadan bruselyoz xəstəliyinin yayılma halları yetərincədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.
Professor bildirib ki, süd məhsulları normal pasterizə olunmasa brusellalar və bakteriyalar ölmürlər:
"Süd yaxşı pasterizə olunmalıdır, yalnız bundan sonra ondan dondurma hazırlanmalıdır. Təəssüflər olsun ki, bu texnologiya pozulub, gigenik qaydalar gözlənilmir”.
Ekspert məhz bu səbəbdən belə vəziyyətlə qarşı-qarşıya olduğumuzu xatırladıb:
"Donmuş süddə də bu bakteriyalar təsir effektini saxlayır. İstəlinən zaman patoloji proses yarada bilirlər. Onlar donma zamanı ölmürlər. Bu, bağırsaq bakteriyaları qrupudur, bağırsaqlarda xəstəliklər törədir. Bura daxilidir- Escherichia coli, Salmonella, Shigella. Bunlar dizinteriyadır, adətən süd məhsullarının normal pasterizə olunmamasından yaranır”.
Qeyd edək ki, daha 3 yerli və 5 idxal olmaqla, ümumilikdə, 8 dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Bildirilib ki, uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı 7 müəssisə barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim olunub.