Finlandiyanın Lappeenranta şəhərində yerləşən "Synbio Powerlabs" şirkəti süni ətin qlobal tədarükçüsü olmağı planlaşdırır.
Gündəmtv.az xəbər verir ki, bu barədə şirkətin menecerlərindən biri Alejandro Antaliç ictimai yayımçı "Yle"yə danışıb.
Şirkət 2024-cü ilin sonunda Yaxın Şərqə süni ətin sənaye istehsalına başlamağı, 2025-ci ilin sonunadək on ton məhsuldarlığa çatmağı planlaşdırır.
Alejandro Antaliçin dediyinə görə, sertifikatlaşdırma və lazımi icazələrin olmaması səbəbindən Aİ ölkələrində satış hələlik mümkün deyil.
Süni və ya mədəni ət laboratoriyada heyvan hüceyrələrinin əkilməsindən yetişdirilən məhsuldur.