Bakıda ləğv olunan bazarla bağlı qərar dəyişir

29 Jul, 2024 18:47

“Məlum olduğu kimi, ölkədə siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir. Sözsüz ki, qiymət artımı olacaq. Lakin siqaret məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaretшт qiymətində ciddi artım gözlənilirmir. Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 1,75-2 manat aralığında artım gözlənilir”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a deyib.

O bildirib ki, bu məhsulların hər ədədi üçün aksiz vergisinin 0,25 manatdan 2 manata qaldırılması sahibkarın xərcinin artması deməkdir:
“Bu isə əhəmiyyətli artımdır. Ona görə də bu artım qiymətlərə mütləq şəkildə təsir göstərəcək. Belə məhsullar adətən tam qiymətə satıldığına görə güman edirəm ki, bu siqaretlərin qiyməti ən azı 2 manat bahalaşacaq”.