Prezident və xanımı Xocalı şəhərində

28 May, 2024 11:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Gündəmtv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.